Sabiq nazir müavini yeni vəzifəyə təyin olunub

Ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Firdovsi Əliyev nazir Muxtar Babayevin müşaviri təyin edilib.

Bu barədə Pravda.az-a etirbarlı mənbədən məlumat daxil olub.

Bildirilib ki, F.Əliyev vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, F.Əliyev martın 4-də Prezident İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmişdi.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.