Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sabiq nazir prezidentliyə namizədliyini irəli sürdü

User 26 Dekabr 2023 - 16:49 (Last updated: 21 May 2025 - 20:15)
seckiler

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclasında Azərbaycanın keçmiş maliyyə naziri Fikrət Yusifovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Azpost.info bildirir ki, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov 1994-1999-cu illərdə Azərbaycan Respublikasının maliyyə naziri olub.

O, 2001-ci ildə Rusiyanın Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə edib. 2004–2013-cü illərdə Rusiyanın Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin maliyyə kafedrasının professoru olub. 2018–2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində professor kimi dərs deyib.

Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir.

Sabiq nazir 2005-ci ildə dövət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.

2006-cı ilin aqvustunda qanunsuz silah saxlamaqda təqsirli bilinən Fikrət Yusifova 1 il 6 ay həbs cəzası kəsilib. 2006-cı ilin noyabrında cəzasının 2/3 hissəsini çəkən F. Yusifov məhkəməyə ərizə ilə müraciət edərək azadlığa buraxılmasını xahiş edib. Məhkəmə ərizəni təmin edib və keçmiş maliyyə nazirinin qalan cəzasını komendatura şəraitində çəkməsi barədə qərar qəbul edərək onu məhkəmə zalından azadlığa buraxıb.

Fikrət Yusifov 28 noyabr 2019-cu ildə Ana Vətən Partiyasına üzv olmuş və sədrin sosial-iqtisadi məsələlər üzrə müavini vəzifəsinə təyin olunub. Fikrət Yusifov 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizədliyini irəli sürsə də, son anda namizədliyini geri çəkib.  Fikrət Yusifov 12 mart 2020-ci il tarixində Ana Vətən Partiyasındakı vəzifəsindən və partiya üzvlüyündən istefa verib.

Hazırda “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir.

Azpost.info

Post navigation

Previous: MSK daha 8 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib
Next: Tayvan bu malların Rusiya və Belarusa ixracına qadağa qoydu

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

zelenski
  • Dünya

Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi

User 30 Oktyabr 2026 - 14:22
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə ərazi məsələsini şəxsi görüşdə müzakirə etməyə hazır olduğunu çatdırıb....
Read more about Zelenski Putinə ərazi məsələsini müzakirə etməyə hazır olduğunu bildirdi
Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək serhed
  • Ölkə

Gürcüstanla sərhəd delimitasiyası sürətlənəcək

User 30 Oktyabr 2026 - 14:17
Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27
2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq? ayda yaşayiş
  • Maraqlı

2035-ci ildə Ayda insanlar yaşayacaq? – Kosmik evlər və həyat necə olacaq?

User 30 Oktyabr 2026 - 13:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.