Sabiq polis rəisi Etibar Qazıbəyov vəfat edib

 Azərbaycanda keçmiş polis rəisi vəfat edib.

Azpost.info  xəbər verir ki, Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin (RİP) rəisi vəzifələrində çalışmış Etibar Qazıbəyov dünyasını dəyişib.

1951-ci ildə Naxçıvan şəhərində anadan olan E.Qazıbəyov 1974-cü ildən Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

O, Sabunçu və Suraxanı RİP-nin rəisi, son illərdə isə “Azərpoçt” MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. 2017-ci ildə isə MMC-dən ayrılıb.

E.Qazıbəyov “Əməkdar sərhədçisi” və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir