Sabiq prezident Abdulla Gül Ermənistanı işğal olunmuş ərazilərdən geri çəkilməyə çağırdı

“Dövlət həyatım boyu Qafqazın sabitliyi və sülhü üçün səy göstərən bir insan olaraq, Ermənistanın hərəkətlərinə dərindən təəssüflənirəm və son zamanlar Azərbaycana qarşı edilən hücumları qınayıram”.

Bunu Türkiyənin keçmiş prezidenti Abdullah Gül sentyabrın 27-də “Facebook” səhifəsində Ermənistanın atəşkəsi pozaraq Azərbaycana hücum etməsini şərh edərkən qeyd edib.

Eks-prezident Ermənistanı işğal olunmuş ərazilərdən geri çəkilməyə çağırıb:

“Ümid edirəm ki, Ermənistan rəhbərliyi beynəlxalq hüquqa zidd olaraq işğal etdikləri Azərbaycan ərazilərindən geri çəkilmədən bölgədə daimi sülhün bərqərar ola bilməyəcəyini anlayar və xalqının həqiqi mənafelərinə və rifahına xidmət etmək üçün 29 ildir davam etdirdiyi bu haqsız işğala son qoyar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada koronavirusa yoluxanların sayı 33 milyon 464 minə çatıb

Sonrakı məqalə

Sami Yusuf Azərbaycana dəstək verdi: