Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
“Report” xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakıda həkim ailəsində anadan olub.
1967-1973-ci illər N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.
O, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.
**
Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev 75 yaşında vəfat edib.
TƏBİB-dən bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışıb, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.
Allah rəhmət eləsin!