Dünən Sabirabadın Qəzli kəndində 9-cu sinif şagirdi olan qızın toy mərasimi olub.
Azpost.info bildirir ki, bu barədə Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Meta-da məlumat yayıb.
O, bildirib ki, qarşıdakı həftəyə də oğlan toyu təyin olunub. K. Ağazadə uşaqların beynəlxalq Müdafiə Günündə belə faktın “bayram təbriki” olmadığını bildirib.
Daxili İşlər Nazirliyi bu faktın araşdırıldığını bildirib. DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev bu barədə açıqlama verib.