Şabranda bələdiyyə sədrinə cinayət işi açılıb

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Nuriyev Camaləddin Müzafəddin oğlu barəsində Cinayət Məcəlləsinin 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. C. Nuriyev barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.(APA)

Qeyd edək ki, C. Nuriyev 10 ildən artıq Pirəbədil bələdiyyəsinin sədri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

İyulun 15-də ölkə üzrə pensiyaların ödənişi yekunlaşacaq