Sabunçuda ər arvadını qətlə yetirib

Mayın 10-da saat 12:30 radələrində paytaxtın Sabunçu rayonunda evlərin birində 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Fəxrəddin qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevanın həyat yoldaşı 1977-ci il təvəllüdlü Zöhrab Quləli oğlu Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə könüllü gəlib.

İlkin məlumata görə hadisə qısqanclıq zəminində baş verib.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.