Sabunçuda ər arvadını qətlə yetirib

Sabunçu rayonunda qətl hadisəsi törədilib.

Sabunçu rayon prokurorluğundan verilən xəbərə görə, mayın 10-u saat 12 radələrində paytaxtın Sabunçu rayonunda yerləşən mənzillərdən birində 1983-cü il təvəllüdlü Sevinc Quliyevanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1977-ci il təvəllüdlü Zöhrab Quliyevin arvadı Sevinc Quliyevaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zöhrab Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.