Şadlıq evindən 22 minlik oğurluq – Dəstə üzvləri saxlanıldı

Pullar
Pullar

Siyəzəndə hazırda istifadə olunmayan şadlıq evindən 22 min manatlıq oğurluq edən dəstə üzvləri saxlanılıb.

AzPost xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan verilib.
Bildirilib ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.
Onlar şadlıq evinə 22 min 200 manat ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.