Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb

2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start verilib.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

“Hazırda yerdəyişmə 2-11-ci siniflər üçün aktivləşdirilib, məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək”, – deyə məlumatda qeyd edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.