Şagirdlərin düzgün qidalanması üçün nə lazımdır?

Rusiyanın Lyubertsı vilayət xəstəxanasının baş həkiminin müavini Yelena Pozdnyakova məktəblilərin düzgün qidalanmasının təşkili ilə bağlı məsləhətlər verib.

Azpost.info-nun məlumatına görə, pediatr valideynləri yeni dərs ilinin başlaması ilə uşaqların həm psixi, həm də psixoloji yükünün artdığını nəzərə almağa çağırıb. Buna görə onların daha çox kaloriyə ehtiyacı var.

Həkimin sözlərinə görə, məktəblilərin qida rasionunun ən azı 20%-ni zülallı qidalar, 30%-ni yağlar, 50%-ni isə karbohidratlar təşkil etməlidir. Mütəxəssis həftədə bir və ya iki dəfə məktəbliləri balıqla qidalandırmağı məsləhət görüb.

O, fast fud və şirniyyatların həddindən artıq istehlakından imtina etməyi tövsiyə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.