Sağlamlıq imkanları məhdud və aztəminatlı şəxslər üçün layihə icra edilib

GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi layihənin icrasını başa vurub.

“Sağlamlıq imkanları məhdud və aztəminatlı şəxslər üçün dərzilik kurslarının təşkili”  layihəsi 2 ay müddətində icrası edilib.

Təşkilat sədri Səlimova Gülnarə Zakir qızının  sözlərinə görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilib: “Layihənin məqsədi  sağlamlıq imkanları məhdud olan şəxslər və aztəminatlı ailələrin xanımları üçün dərzilik  kurslarını təşkil etməklə, onların bu sahədə bacarıqlarını artırmaq və məşğulluqlarını təmin etməkdir”.

Dərsləri uğurla başa vurmuş  kurs  iştirakçılarına  ilk öncə dərzilik sənətinə aid ilkin bacarıqlar, dərzilik sənətində tətbiq olunan avadanlıqlar və köməkçi vasitələrlə işləmə bacarığı aşılanıb. Yekun olaraq kurs iştirakçılarına sertifikatlar təqdim olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.