“Şah İsmayıl” ordeni niyə heç kimə verilmir? –“Heydər Əliyev” ordenindən sonra taxılan ulduz (FOTO)

Azərbaycanın ali ordenlərindən biri uzun illərdir ki, heç bir təltif siyahısında yer almır.

Azpost.info bildirir ki, ölkənin ali hərbi ordeni statusunda olan “Şah İsmayıl” ordeni ilə indiyə qədər kim təltif olunmayıb.

Bəs “Şah İsmayıl” ordeni barədə nə bilirik?

“Şah İsmayıl” ordeni 1993-cü ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə təsis edilib. 1993-cü il dekabrın 6-da Milli Məclis “Şah İsmayıl” ordeninin statusunu və təsvirini təsdiq edib. Orden özünün statusuna görə çox yüksəkdir. Azərbaycanın ali hərbi ordeni olan “Şah İsmayıl” ordeni ilə Silahlı Qüvvələrin ali zabitləri, hərbi hissələrin və birləşmələrinin komandirləri təltif edilməlidir.

Orden ordunun təşkilində və möhkəmləndiriməsində xüsusi sidmətlərinə görə, görkəmli sərkərdəlik fəaliyyətinə görə, fövqaladə halların nəticələrini aradan qaldırmasında xüsusi xidmətlərinə görə verilir. “Şah İsmayıl” ordeninin taxılma statusu onun ali mükafat olduğnu bir daha subut edir. Belə ki, Milli Məclisin təsdiqlədiyi “Ordenlərin taxılması qaydaları haqqında” sənədə görə, “Şah İsmayıl” ordeni “İstiqlal” ordenindən sonra taxılır. Bu, “Heydər Əliyev” ordenindən sonra 3-cü ordendir.

“Şah ismayıl” ordeni düzgün səkkizgüşəli ulduz şəklindədir və gümüşdəndir. Ulduzun mərkəzində üzü qızıl suyuna salınmış lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfdə “Şah İsmayıl” yazılıb. Ondan aşağıda ordenin nömrəsi həkk edilib.

Azərbaycan hökmdarı olan Şah İsmayıl Səfəvilər dövlətinin banisi və ilk şahı olub. Azərbaycan dili tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl Xətai zamanında istifadə olunub.

Prezident İlham Əliyev 2016-cı ildə “Azərbaycan Respublikasının “Şah İsmayıl” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 64-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusun yayılmaması üçün bütün lazımi tədbirlər görülür –

Sonrakı məqalə

“Mançester Siti” tarixində 7-ci Liqa kubokunu qazanıb