Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Şah İsmayıl Xətainin Lənkəranda ziyarət etdiyi məşhur türbə –

User 03 May 2025 - 17:03 (Last updated: 21 May 2025 - 20:15)
seyx zahid01

İslam dini təşəkkül tapdıqdan sonra Azərbaycanda da bir sıra ziyarətgahlar – ocaqlar, türbələr, pirlər və xanəgahlar yaranıb. Belə müqəddəs məkanlardan biri də Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən Şeyx Zahid türbəsidir.

Şeyx Zahid öz dövrünün tanınmış ziyalısı olub. Tarixçi Güloğlan Bağırovun sözlərinə görə, o, 1216-ci ildə indiki Lənkəran rayonunun Siyavar kəndində Talış Şeyx Rövşən Əmirin ailəsində dünyaya göz açıb. Şeyx Rövşən Əmir İranın Gilan vilayəti kəndlərinin birində evləndikdən sonra Lənkəranın Siyavar kəndinə köçüb. Şeyx Zahidin əsl adı Tacəddin İbrahimdir. O, ilk təhsilini Astaranın indiki Pensər kəndində XIII əsrin məşhur sufi alimi Seyid Cəmaləddindən alıb. Kifayət qədər təqvalı bir şəxsiyyət olan Seyid Cəmaləddin çox böyük ümidlər bəslədiyi şagirdinə “Zahid” ləqəbini verib, vəfat edərkən isə ona öz işini davam etdirməyi və sufi təriqətinə başçılıq etməyi tapşırıb.

“XIII əsrdə Talışın ərazisi Gilanın tərkibində olduğu üçün Şeyx Zahid özünə “Gilani” təxəllüsünü götürüb. Şeyx Zahid Gilani də hörmət və ehtiram əlaməti olaraq oğluna müəllimi Cəmaləddinin adını qoyub. Şeyx Zahid zəmanəsinin böyük alimlərindən biri olmaqla yanaşı, eyni zamanda bir neçə dil də bilirmiş. Belə ki, o, talış dilindən başqa Azərbaycan, gilək, ərəb, fars, kürd və qədim pəhləvi dillərində danışırmış. O, 25 il Səfəvilərin ulu babası Şeyx Səfiəddinə müəllimlik edib. Lənkəran mahalının Hiləkəran kəndində fəaliyyət göstərmiş Şeyx Zahid məktəbi dövrünün ən yüksək təhsil verən elm ocaqlarından biri olub. Məhz buna görə də Şeyx Zahid məktəbi nəinki Azərbaycanda, ümumiyyətlə şərqdə əhali arasında geniş şöhrət qazanıb. Şeyx Zahid qızı Bibifatmanı şagirdi Şeyx Səfiəddinə ərə verib. Məhz bu səbəbdən Səfəvilər ana tərəfdən Şeyx Zahid nəslindən hesab olunurlar”, – deyə tarixçi bildirib.

Lənkəran şəhər tarixi abidələr üzrə baş mütəxəssis Rauf Salayev bildirib ki, Şeyx Zahid 1300-cü ilin martında Siyavarda vəfat edib, orada da dəfn olunub: “Tarixdən məlumdur ki, Şeyx Zahidin məqbərəsini bir neçə dəfə su basıb. Məhz dəniz suyunun qalxması ilə əlaqədar onun qəbri sonralar Hiləkəran, indiki Şıxəkəran kəndinə köçürülüb. Şeyx Zahidin qəbri Siyavardan buraya köçürüldükdən sonra kənd onun adı ilə Şıxəkəran adlandırılıb”.

Tarixi mənbələrdə rast gəlinir ki, Səfəvi hökmdarları ulu babaları olan Şeyx Zahidin məqbərəsini dəfələrlə ziyarət edib, onu təmir ediblər. 1478-ci ildə Şah İsmayıl Xətainin atası Şeyx Heydər bir neçə nəfər mahir bənna və nəccarla gəlib məqbərə ilə günbəzi təmir etdirib. Şah İsmayıl Xətai 1500-ci ildə, I Şah Abbas isə 1609-cu ildə buranı ziyarət edib.

Bu gün Şeyx Zahid türbəsi nəinki Lənkəran rayonu, həmçinin respublikamızda daha çox tanınan ziyarətgahlardan biridir. Buranı yerli sakinlərlə yanaşı, xarici turistlər də ziyarət edir. (Azərtac)

Post navigation

Previous: “Brejnev və Andropov Heydər Əliyevi SSRİ-nin Baş naziri təyin etmək istəyirdi” –
Next: Öcalanla danışıqlar aparan millət vəkili öldü

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

erdoqan
  • Siyasət

Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN

User 04 Noyabr 2026 - 22:53
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra...
Read more about Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırıram – ƏRDOĞAN
Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi tramp cixis
  • Dünya

Tramp İranla müharibənin seçki məğlubiyyətinə təsirini etiraf etdi

User 04 Noyabr 2026 - 22:42
Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…” vens
  • Dünya

Vens Trampın məğlubiyyətinin səbəbini açıqladı – “İranla müharibə…”

User 04 Noyabr 2026 - 20:31
Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi nar denesi
  • Maraqlı

Cavan qalmaq istəyənlər bu iki meyvəni yesin – Dietoloqların tövsiyəsi

User 04 Noyabr 2026 - 19:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.