Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Şah İsmayılın Astarada qorunan 500 yaşlı döyüş bayrağı –

User 31 May 2025 - 13:04 (Last updated: 31 May 2025 - 10:12)
Astara

Astara

Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağının başlıq hissəsini qoruyub saxlayır.

Yunis Qulamov AZƏRTAC-a açıqlamasında bildirib ki, bu döyüş bayrağının başlığı ona ulu babasından yadigar qalıb.

O, ulu babalarından yadigar qalan bu dəyərli tapıntının xoş bir təsadüf nəticəsində aşkarlandığını deyir: “Bizim kənd Astara rayonunun qədim yaşayış məskənlərindən biridir. Səfəvilər sülaləsinə məxsus bayraq başlığını mənim ulu babam təxminən XVIII əsrdə tapıb. Əkin sahəsində işləyərkən yer belləyəndə bir küpə rast gəlib. Həmin küpdən bu bayraq başlığı və bir neçə gümüş pul çıxıb. Əvvəlcə tapıntı kənddə İslam dininin atributu hesab edilib. Amma araşdırma zamanı məlum oldu ki, bu əşya Səfəvi ordusunun döyüş bayrağının başlığıdır. Bu, qızılbaşlar dövrünün maddi-mədəniyyət abidəsi, Səfəvilər dövlətinin, şah İsmayıl Xətai hakimiyyətinin nişanəsidir. Onun üzərində orta əsrlərin qanlı döyüşlərinin əksi də var”.

Bayraq başlığı mislə gümüşün qarışığından alınan metaldan hazırlandığından uzun illər torpaq altında qalsa da, paslanmayıb. Bu başlığa Səfəvilər dövrünə aid miniatürlərdə də rast gəlmək olur.

Qeyd edək ki, Səfəvilərin döyüş bayrağının üzərinə ərəb əlifbası ilə İslamın müqəddəs şəxsiyyətlərinin – 12 imamın adı həkk olunub. Bundan əlavə, bayrağın üzərində “Səfiyulla” sözü yazılıb. Simurq quşunun təsvirinin olduğu bayrağın üzərində həm İslam, həm də atəşpərəstlik elementləri var.

https://video.azertag.az/files/video/2024/1/17043621115649260245.mp4

AzPost.az

Post navigation

Previous: ABŞ alimi Pifaqoru plagiatda ittiham edib –
Next: İmişlidə SSRİ bayrağını qaldırmış Ağsaqqallar Şurasının keçmiş sədri həbs edilib

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi

User 08 Noyabr 2026 - 13:56
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında...
Read more about Ərdoğan Azərbaycana səfərə gəldi
“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb zefer video
  • Siyasət

“Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb

User 08 Noyabr 2026 - 13:52
Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib seyx zefer
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Zəfər Tağını ziyarət edib

User 08 Noyabr 2026 - 13:33
KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.