Şahbaz Quliyevin bacısı:"Bu sevinci bizə yaşadan Prezidentimizə, ordumuza hədsiz minnətdaram”

“Qardaşımın girovluqdan azad olunması xəbəri məni hədsiz sevindirdi, Prezidentimizə öz təşəkkürümü bildirirəm”.

Bunu APA-ya açıqlamasında Şahbaz Quliyevin bacısı İradə Quliyeva deyib.

“Əgər torpaqlarımız alınmasaydı, Şahbazla Dilqəm də girovluqdan xilas ola bilməyəcəkdi. Bu sevinci bizə yaşadan Prezidentimizə, o torpaqları alan ordumuza hədsiz minnətdaram. Şükür Allaha, bizi qovuşdurdu”, – deyə o, bildirib.

İradə Quliyeva xəbəri yeni öyrəndiyini, hələ qardaşı ilə görüşmədiyini deyib.

Qeyd edək ki, bu gün günorta saatlarında 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanla Ermənistan arasında əsirlərin qarşılıqlı qaytarılmasına başlanılıb –

Sonrakı məqalə

“Ərdoğanın oxuduğu şeirdə məqsədi İran olmayıb” –