Şahbaz Şərif Prezident İlham Əliyevə təşəkkür edib

Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Baş nazir seçilməsi münasibətilə onu təbrik edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Şahbaz Şərif özünün X sosial şəbəkə hesabında bununla bağlı yazıb: “Pakistanın Baş naziri seçilməyim münasibətilə səmimi təbriklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Xalqlarımız gündən-günə inkişaf edən unikal dostluq münasibətlərinə malikdir”.

Əvvəlki məqalə

“Navalnı deyirdi ki, onu içəridə zəhərləyirlər”

Sonrakı məqalə

“ABŞ Putinin nüvə zərbəsinə hazırlaşırdı”