Şahdağ Turizm Mərkəzi niyə zərər edib? –Direktor aydınlıq gətirib

Şahdağ Turizm Mərkəzinin zərər etməsinə aydınlıq gətirilib.

Bu barədə Şahdağ Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov məlumat verib.

O bildirib ki, hesabatda göstərilən 100 milyon manata yaxın zərər 2016-cı ildən bu günə qədər toplam zərərdir.

“Bu, nəğd zərər deyil, orada vergilər və digər xərclər var. Qeyd edim ki, 2021-ci ildə dövriyyəmiz 6,3 milyon manat, dövlətdən verilən vəsait 13,9 milyon manat idisə, 2022-ci ildə dövriyyə 10,4 milyon manat təşkil edib. Bu, 65 faiz daha artıq dövriyyə deməkdir. Həmçinin 2022-ci ildə dövlətdən ayrılan subsidiya 12 milyon manat təşkil edib. Bu da 14 faiz azalma deməkdir.
İllik satışın 65 faizi, xərclərin 37 faiz artması bizim sənaye üçün çox yaxşı göstəricidir.

Həmçinin, 2016-cı ilin dövriyyəsi 3,1 milyon manat idisə, keçən il bu göstərici 7,3 milyon, yəni 235 faiz daha artıq olub. O cümlədən 2016-cı ildə dövlətin ayırdığı vəsait 17,9 milyon manat təşkil etmişdi.

İldən-ilə gəlirlər artır və dövlətdən asılılıq azalır. Biz zərərimizi azaltmaq üçün gəlirlərimizi artırmağı və dövlətdən asılılığımızı azaltmağı hədəfləmişik. Ümid edirəm ki, qısa zamanda buna nail olacağıq”. (APA)

Əvvəlki məqalə

Surovikinin müavini işdən çıxarıldı

Sonrakı məqalə

Azərbaycanın Fransadakı səfiri AzTV əməkdaşlarına hücumu qınayıb