Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sahibkarlara marketinq dəstəyi göstərilib

User 08 Sentyabr 2025 - 08:30 (Last updated: 08 Sentyabr 2025 - 11:24)
sa01

Davamlı İnkişafa Doğru İctimai Birliyi tərəfindən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsi çərçivəsində yerli sahibkarlara marketinq dəstəyi göstərilib.

Bu təşəbbüs çərçivəsində bir sıra sahibkarların biznes fəaliyyətlərinin daha səmərəli tanıdılması, məhsul və xidmətlərinin bazarda rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirilib. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” layihəsinin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlığın inkişafına töhfə vermək, eləcə də bu bölgələrdə fəaliyyət göstərmək istəyən şəxslərin biznes təşəbbüslərinə stimul yaratmaqdan ibarətdir. Layihə çərçivəsində həyata keçirilmiş marketinq dəstəyi tədbiri üzrə seçilmiş 3 nəfər sahibkara bizneslərini qurmaq və inkişaf etdirmək məqsədilə peşəkar marketinq dəstəyi təqdim olunmuşdur. Təqdim olunan xidmətlərə aşağıdakılar daxildir:

  • Fəaliyyət sahəsinə uyğun loqotiplərin hazırlanması
  • Sosial media hesablarının qurulması və idarə edilməsi
  • İlkin kontent strategiyasının qurulması
  • Rəqəmsal tanıtım üzrə məsləhət xidmətləri

Marketinq dəstəyinin əsas məqsədi sahibkarların bazarda mövqelərinin gücləndirilməsi, müasir marketinq alətlərindən effektiv istifadə edərək satışlarını artırması və uzunmüddətli inkişaf imkanları əldə etməsidir. Həmçinin, bu dəstək sahibkarların öz məhsul və xidmətlərini daha geniş auditoriyaya tanıtmasına, hədəf bazarlarını müəyyənləşdirməsinə və rəqabət qabiliyyətlərini artırmasına şərait yaratmaq məqsədi daşıyır.

Layihənin davamında, bölgədə fəaliyyətə başlamaq istəyən digər təşəbbüskarlarla da marketinq dəstəyi istiqamətində seminarlar və fərdi konsultasiyaların keçirilməsi nəzərdə tutulur. İctimai birlik hesab edir ki, bu cür dəstəklər regionun iqtisadi canlanmasına və işğaldan azad olunmuş ərazilərin dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

AzPost.az

Post navigation

Previous: Lənkəranda müharibə veteranlarının hüquqi maarifləndirilməsinə dair tədbir keçirilib
Next: Lamin Yamal Türkiyədə pasportunu itirib

Oxşar xəbərlər

ilham aliyev
  • Sosial

Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub

User 04 Noyabr 2026 - 12:45
tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
korpeler
  • Sosial

Azərbaycanda 10 ayda 72 min uşaq doğulub – Oğlanlar, yoxsa qızlar çoxdur?

User 04 Noyabr 2026 - 10:52

xƏBƏR

ilham aliyev
  • Sosial

Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub

User 04 Noyabr 2026 - 12:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 4-də Bakı Ekspo...
Read more about Prezident Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olub
ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq? abs iran savas
  • Dünya

ABŞ İranı vurmağa hazırlaşır: CENTCOM zərbə planı hazırladı – Hücum nə vaxt olacaq?

User 04 Noyabr 2026 - 12:27
Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox hormuz
  • Dünya

Hörmüz boğazında 4 ölkəyə güzəşt – İran Çin və Hindistandan pul alır, Qətərdən yox

User 04 Noyabr 2026 - 12:16
2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək? tehsil
  • Sosial

2027-ci ildə təhsilə 5,1 milyard manat ayrılır – Məktəblərə və universitetlərə nə qədər vəsait gedəcək?

User 04 Noyabr 2026 - 11:30
Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək? veteran pulu
  • Baş Yazı

Ölkənin müdafiəsinə 8,8 milyard manat ayrılır – 4 milyard hansı məqsədə xərclənəcək?

User 04 Noyabr 2026 - 11:21
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.