Sahibkarların innovativ bacarıqlarına dair kitabın təqdimatı keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində sahibkarlarla təlim keçirildi.

Tədbir Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin akt zalında  təşkil edilmişdi. Təlimdə  Sumqayıt şəhəri üzrə fəaliyyət göstərən KOB subyektləri, gənc, fərdi sahibkarlar və Bakı və xüsusi zonalar üzrə KOB dostu Natiq Zəribi-Müqəddəm, Abşeron regional koordinatorluğunun Sumqayıt KOB dostu Məmmədzadə Xəyal iştirak edirdi.

Layihə rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova layihə haqqında məlumat verdi. O vurğuladı ki, müasir dövrdə qlobal rəqabət və texnoloji inkişaf sürətlə artdığı üçün sahibkarların ən vacib ehtiyaclarından biri də innovativ bacarıqların inkişaf etdirilməsidir.  Layihə çərçivəsində hazırlanmış “Süni intellekt və sahibkarlıq” adlı kitabça da bu baxımdan  çox aktual və zəruri bir vəsaitdir. Kitabçada sahibkarlıq fəaliyyətində innovasiyaların rolu, rəqəmsal marketinq, yeni texnologiyaların tətbiqi və xüsusilə süni intellektin (AI) sahibkarlıq mühitinə inteqrasiyası üçün lazımlı məlumatlar toplanmışdır ki, bu da kiçik və orta sahibkarların bu texnologiyadan necə faydalana biləcəyini əhatəli şəkildə əks etdirmişdir.

Təlimçilər, iqtisadçı ekspert, Beynəlxalq Əmək Təşkilatının-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova və informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlı mütəxəssis Həsən Şahbazov mövzu üzrə startap layihələr, süni intelektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin  azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verdilər, slaydlar təqdim etdilər.

Təlimdə sahibkarları maraqlandıran məsələlərlə bağlı suallar həm təlimçilər, həm də KOBİA əməkdaşları tərəfindən cavablandırıldı, gənc fərdi sahibkarlara sertifikatlar verildi.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.