Şahmat üzrə çempion Vüqar Həşimovun evində partlayış olub –-FOTO

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

Hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

Əvvəlki məqalə

Gürcüstanın Çexiyadakı səfiri istefa verib

Sonrakı məqalə

Terrorçuları Avropaya Azərbaycandan keçirmək istəyiblər –