Şahmatçımız Günay Məmmədzadə Qran-Pri turnirində üçüncü yeri tutub

03 İyun 2021 - 10:25

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə uğurla çıxış edib.

Təmsilçimiz 11-ci turda almaniyalı Elizabet Paets ilə heç-heçə edib. Beləliklə, xalların sayını 6,5-ə çatdıran şahmatçımız Qran-Prini 3-cü yerdə başa vurub. Turnirin qalibi 8,5 xalla qazaxıstanlı şahmatçı Jansaya Abdumalik olub. İkinci yeri 7 xalla Ukrayna təmsilçisi Mariya Muzıçuk tutub.

Qeyd edək ki, yarışda dünyanın 12 güclü zəka sahibi mübarizə aparıb.