Şahzadə Çarlz xəstəxanda atasını ziyarət edib

22 Fevral 2021 - 08:50

Britaniya taxtının vəliəhdi Şahzadə Çarlz şənbə günü atası Şahzadə Filip qaldığı xəstəxanada ziyarət edib. Şahzadə Filip xəstələndikdən sonra ehtiyat tədbiri kimi xəstəxanaya yerləşdirilib.

Çarlz Kraliça Elizabetin 99 yaşlı həyat yoldaşı Filipin artıq dörd gecədir qaldığı London hospitalına arxa qapıdan daxil olub. Çarlz xəstəxanda yarım saat qalıb.

Edinburq hersoqu Filip çərşənbə axşamı COVID-19-la əlaqəsi olmayan bir xəstəlik səbəbilə ehiyat tədbiri olaraq xəstəxanya yerləşdirilib. Kral ailəsindən bir mənbənin verdiyi məlumata görə, onun gələn həftəyə qədər xəstəxanada qalacağı gözlənilir. Mənbə əlavə edib ki, həkimlər ehtiyat edirlər, hersoqun isə əhvalı yüksəkdir.

Həm Filip həm də 94 yaşlı kraliçaya yanvarda COVID-19 vaksininin ilk dozası vurulub. O, 2019-cu ilin sonunda da bir başqa xəstəliklə əlaqədar olaraq eyni xəstəxanaya yerləşdirilmişdi.

Filip artıq çox nadir hallarda icitmaiyyətdə görünür. O, 2017-ci ilin avqust ayında rəsmi səlahiyyətlərindən geri çəkilib. Bundan öncə isə o, 22 000 dəfə tək, bundan əlavə minlərlə dəfə isə kraliça ilə birlikdə ictimai tədbirlərdə iştirak edib.

Bəzən kobud davranışları və yumoru ilə tanınan sabiq donanma zabiti Filip Elizabet ilə 1947-ci ildə, Elizabet kraliça olmadan beş il öncə evlənib. O, tarixdə kraliça ilə ən çox ömür sürmüş həyat yoldaşıdır.

Hersoqun nəvələrindən biri Şahzadə Yucin və həyat yoldaşı Cek Bruksbank şənbə günü ilk övladlarına Filipin şərəfinə Avqust Filip Hok Bruksbank adını verdiyini açıqlayıblar.