Şahzadə Diananın avtomobili hərracda satılıb –

FOTO
30 İyun 2021 - 08:16

Şahzadə Dianaya məxsus avtomobil hərracda 52 min funt sterlinqə satılıb.

1981-ci ildə Şahzadə Dianaya nişan hədiyyəsi olaraq verilən “Ford Escort Ghia” nın alıcısının kim olduğu məlum deyil. Avtomobildə bacısı Leydi Sara Spenser tərəfindən şahzadəyə hədiyyə olaraq verilmiş gümüş qurbağa maskotu var.

Qeyd edək ki, şahzadə avtomobili 1982-ci ilin avqust ayına qədər istifadə edib.