Şahzadə Harri Britaniyanı tərk edib

Şahzadə Harri Böyük Britaniyanı tərk edib.

“Report” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Məlumata görə, o, Kanadaya, xanımı Meqan Marklın və oğlu Arçinin yanına gedib. Qeyd edilir ki, Harri Londonda Britaniya-Afrika investisiya sammitində iştirak etdikdən sonra axşam reysi ilə uçan təyyarə ilə Kanadaya gedib. Harri Britaniya paytaxtında ölkənin baş naziri Boris Consonla görüşüb.

Nəşr iddia edir ki, şahzadə Harri ölkəni elə tərk istəyib ki, hətta Bukinhem sarayında axşam qəbuluna da çıxmayıb. O, burada təşkilatçılardan biri olmalı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Araz Ağalarov Rusiyanın yeni Baş naziri barədə danışdı:

Sonrakı məqalə

“Cənub Qaz Dəhlizi” layihəsinə 2020-də nə qədər sərmayə qoyulacaq? –