Şair Balayar Sadiq insult keçirib

Şair Balayar Sadiq yıxılaraq huşunu itirib.

Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Qeyd olunub ki, vətəndaş Əliyev Balayar Sadiqoğlu huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilib.

“O, Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra komputer tomoqrafiyası edilib. Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda o reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir”, – deyə Mərkəzdən bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.