Şair Balayar Sadiq xəstəxanadan evə buraxılıb

Oktyabrın 22-də huşsuz vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində Kliniki Tibbi Mərkəzə gətirilən vətəndaş Əliyev Balayar Sadiqoğlu (Balayar Sadiq) evə buraxılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mərkəzdən bildirilib.

Qeyd edilib ki, işemik insult diaqnozu qoyulduqdan sonra Kliniki Tibbi Mərkəzdə müalicələri aparılan Balayar Əliyevin vəziyyəti stabilləşib.

Aparılan müalicələrdən sonra xəstənin ümumi vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.