Şair Məmməd İsmayıl vəfat edib.
Bu barədə şair Ehtiram İlham məlumat yayıb.
O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.