“Sakit Göl”də hovuzların vəziyyəti bərbad durumdadır- Turistlərdən narazılıq

Sakit göl
Sakit göl

“Sakit Göl” istirahət mərkəzinə üz tutan turistlər hovuzların vəziyyətindən ciddi narazılıq edirlər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdən məlum olur ki, açıq hovuzun suyu tamamilə bulanıqdır və təmizlik normaları gözlənilmir.

Müştərilərdən birinin yazdığına görə, hovuzun suyunun vəziyyəti göz qabağındadır və burada müxtəlif xəstəliklərin yayılması təhlükəsi var:
“Hovuzda su o qədər bulanıqdır ki, içində qurbağa olub-olmadığını belə görmək olmur. Təmizliklə bağlı sual verdikdə isə sadəcə “təmizlənir” cavabı aldıq.”

Şikayətdə deyilir ki, qapalı hovuzun vəziyyəti də açıq hovuzdan fərqlənmir və turistlərin sağlamlığına ciddi risk yarada bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.