Məşhur yazıçı Salman Rüşdi süni nəfəs aparatındadır.
Azpost.info xəbər verir ki, bu barədə onun nümayəndəsi Endryu Uayli bildirib.
Onun sözlərinə görə, Rüşdi gözünü itirə bilər: “Xəbərlər çox da yaxşı deyil. Salmanın bir gözünü itirməsi ehtimalı var. Qolunun sinirləri kəsilib və qaraciyəri zədələnib”, – Uayli jurnalistlərə bildirib.
Hüquq-mühafizə orqanları yazıçıya hücumda şübhəli bilinən şəxsi müəyyənləşdiriblər, Bu, Nyu-Cersi ştatının 24 yaşlı sakini Hadi Matardır.
Avqustun 12-də Nyu-Yorkun qərbindəki “Chautauqua County” Təhsil Mərkəzində səhnədə mühazirə oxumağa hazırlaşan Rüşdiyə bıçaqlı hücum olub. Hücum edən şəxs hadisə yerində yaxalanıb.
Yazıçıya hücum 1989-cu ildə yazdığı “Şeytan ayələri” kitabına görə olub. Həmin kitab il gündən qalmaqala səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomenei tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.
Azpost.info