Salman Rüşdi süni nəfəs aparatındadır, gözünü itirə bilər - Yazıçıya hücum edən şəxs tutulub

Məşhur yazıçı Salman Rüşdi süni nəfəs aparatındadır.

Azpost.info xəbər verir ki, bu barədə onun nümayəndəsi Endryu Uayli  bildirib.

Onun sözlərinə görə, Rüşdi gözünü itirə bilər: “Xəbərlər çox da yaxşı deyil. Salmanın bir gözünü itirməsi ehtimalı var. Qolunun sinirləri kəsilib və qaraciyəri zədələnib”, – Uayli jurnalistlərə bildirib.

Hüquq-mühafizə orqanları yazıçıya hücumda şübhəli bilinən şəxsi müəyyənləşdiriblər, Bu, Nyu-Cersi ştatının 24 yaşlı sakini Hadi Matardır.

Avqustun 12-də Nyu-Yorkun qərbindəki “Chautauqua County” Təhsil Mərkəzində səhnədə mühazirə oxumağa hazırlaşan Rüşdiyə bıçaqlı hücum olub. Hücum edən şəxs hadisə yerində yaxalanıb.

Yazıçıya hücum 1989-cu ildə yazdığı “Şeytan ayələri” kitabına görə olub. Həmin kitab il gündən qalmaqala səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomenei tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.