Salman Rüşdiyə 15 bıçaq vuran şəxsə 25 il həbs cəzası verilib-FOTO

ABŞ yazıçısı Salman Rüşdiyə bıçaqla hucum edən şəxs 25 il həbs cəzasına məhkum edilib.

AzPost bildirir ki, Nyu-York Dairə Məhkəməsi  27 yaşlı Nyu Cersi sakini Hadi Matarı 2022-ci ilin avqustunda Nyu York İncəsənət İnstitutunda yazıçı Salman Rüşdini öldürməyə cəhdə görə 25 il həbs cəzasına məhkum edib.

Matar yazıçının başından, boynundan, gövdəsindən və sol qolundan 15 bıçaq zərbəsi vurub. Hücumdan sonra Rüşdi təcili xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hücum nəticəsində bir gözünün itirilməsi, qaraciyər və bağırsağın zədələnməsi, sinirləri zədələndiyi üçün əlinin iflic olması ilə nəticələnib.

Rüşdidən başqa yazıçı ilə səhnədə olan hüquq müdafiəçisi Henri Riz də yaralanıb.

Salman Rüşdinin kitabları Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, İndoneziyada qadağan edilib. 1989-cu ildə İranın ruhani lideri Ruhulla Xomeyni yazıçının öldürülməsinə fətva verib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.