Salyanda 62 yaşlı kişi böyürtkən yığarkən güllələndi

Salyanda 62 yaşlı İsgəndər Tağıyev böyürtkən yığarkən güllə yarası alıb.

AzPost bildirir ki, bu barədə rayonda fəaliyyət göstərən hüquq müdafiəçisi Emil Məmmədov bildirib.

Belə ki, hadisə ötən gün günortadan sonra Salyan rayonunun Seyidsadıqlı kəndində baş verib.

62 yaşlı kənd sakini İsgəndər Tağıyev çöldə böyürtkən yığarkən naməlum istiqamətdən güllə açılıb. Qırmalar onun gözünə və bədənin bir neçə nahiyəsinə dəyib.

Faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.