Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Salyanda COP29-un qlobal missiyası təşviq edilib

User 26 May 2025 - 17:20 (Last updated: 26 May 2025 - 18:01)
salyan

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Əliağa Kürçaylı adına məktəb- liseydə Cop29-un qlobal missiyaları təşviq edib.

Bu barədə İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov məlumat verib. Onun sözlərinə görə, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Cop29-un qlobal missiyalarının yerlərdə təşviqi”    layihəsinin  növbəti tədbirinin Salyanda şair, təbiət vurğunu Əliağa Kürçaylının adını daşıyan texniki fənlər təmayüllü məktəb liseydə təşkil edilməsi heç də təsadüfü olmamışdır. Kür çayının adını özünə təxəllüs götürmüş şairin əsərlərini, xüsusən doğma çaya, kəndlərimizin gözəlliyinə, Azərbaycanımızın təbiətinə aid çoxlu sayda  şeirlərini burada hamı sevir və təbliğ edir. Məktəb-liseyin qarşısında şairə qoyulmuş abidə də onun əziz xatirəsinə  bir ehtiramdır. Kür çayına yaxın ərazidə yerləşən məktəb- liseydə keçirilən dəyirmi masada rayonda fəaliyyət göstərən ictimai şuranın üzvləri, ziyalılar, QHT və media  təmsilçiləri, təhsil ocağının müəllimləri, şagirdlər və şəhər sakinləri iştirak etmişlər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov icra olunan layihənin ideya və məqsədləri, gözlənilən nəticələr və indiyə kimi görülmüş işlər barədə  barədə məlumat vermişdir.

Sonra Salyan Rayon Ziyalılar Birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədrı, veteran müəllim Məhəmməd Ağayev, məktəb-liseyin Əməkdar coğrafiya müəllimi Şəhla Rəhimova, liseyin şagirdi İslam Əbilov və başqaları   çıxış edərək ötən Bakı şəhərində keçirilən COP29-un əhəmiyyətindən, Azərbaycanın bu möhtəşəm tədbiri yüksək səviyyədə təşkil etmək bacarığından, həmçinin BMT-nin sonuncu COP-nun nəticələrindən və miras qoyduğu qlobal çağırışlardan danışmışlar. Çıxış edənlər dünyanın bir parçası olan Azərbaycanda, o cümlədən Salyan rayonunda Kür çayı ərazisində mövcud ekoloji  COP29-un çağırışları kontekstindən müzakirə etmiş və bu beynəlxalq konfransın çağdaş təbiəti qorumaq missiyasının təşviq edilməsi üçün qarşıda duran ictimai vəzifələrdən danışmışlar.

Dəyirmi masa çay süfrəsi arxasında diskussiya şəraitində davam etdirilmişdir.

AzPost.az

Post navigation

Previous: Rəsmi Bakı Nikol Paşinyana cavab verib
Next: HƏMAS ABŞ-ın İsraillə atəşkəs təklifi ilə razılaşıb

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.