Salyanda kişi keçmiş arvadını öldürdü, öz evini yandırdı –YENİLƏNİB (FOTO)

Salyan sakini keçmiş həyat yoldaşını qətlə yetirib.

Hadisə səhər saatlarında baş verib.

Salyan sakini, 1962-ci il təvəllüdlü Ələkbər Fərhad oğlu Hüseynov keçmiş həyat yoldaşı, 1970-ci il təvəllüdlü Mirqubət Əlfağa qızı Hüseynovanı bıçaqla qətlə yetirib. Daha sonra o, Əliağa Kürçaylı ünvanında yerləşən yaşadığı evi qəsdən yandırıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb.

Qadının meyiti yanan evdən oğlu tərəfindən çıxarılıb. Hadisəyə mənzil bölgüsü ilə bağlı münaqişə səbəb olub.

Hadisəni törədən Ə. Hüseynov həbs olunub. (APA)

Faktla bağllı Salyan prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

**

“Report” xəbər verir ki, hadisə bu gün səhər tezdən Salyan şəhəri, Əliağa Kürçaylı küçəsində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 1962-ci il təvəllüdlü Hüseynov Ələkbər Fərhad oğlu keçmiş arvadı, 1970-ci iltəvəllüdlü Hüseynova Nübubət Əlifağa qızıgilə gəlib.

İlkin məlumata görə, darvaza bağlı olduğundan hasardan həyətə düşüb. O, həyətə girən zaman oğlu Fərhad Hüseynov evdə, keçmiş arvadı isə hamamın qarşısında olub. Ələkbər Hüseynov arvadını hamamın qarşısında qətlə yetirib. Əvvəlcə həyətdəki “Jiquli” markalı avtomobili yandıran Ələkbər Hüseynov fərdi yaşayış evinə od vuraraq hadisə yerindən uzaqlaşıb. Könüllü olaraq şöbəyə gələn Ələkbər Hüseynov polisə təslim olub.

Qeyd edək ki, ər-arvad bir il bundan öncə rəsmi olaraq boşanıb. Hadisəyə mülk bölgüsünün səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Şirvanda 34 yaşlı kişi bu gecə arvadını boğaraq öldürüb