Ələt-Astara yolunda, Salyan rayonunun Kürsəngi kəndi ərazisində bu gün baş vermiş qəzada həlak olanlar qardaşlarının 40 mərasimində iştirak etmək üçün Bakıya gedirmişlər.
Azpost.info bildirir ki, bu barədə Salyanda yaşayan hüquq müdafiəçisi Emil Məmmədov bildirib.
Qəzada həlak olanlrdan biri -Dilarə Bağırova iş adamı olub. O, Neftçala şəhərində gözəllik salonunun sahibi idi.
Qeyd edək ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.
“Hyundai Accent” markalı, 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı, 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin – Neftçala sakinləri olan 1975-ci il təvəllüdlü Hüseynova Elnurə Adil qızı, 1972-ci il təvəllüdlü Bağırova Dilarə Ramil qızı və digər bir qadın həlak olub.
Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.