Salyan rayonunun Şorsulu kəndinin ərazisində avtomobil qəzası olub.
AzPost bildirir ki, bu barədə rayon sakini, hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.
“VAZ 2106” və “Niva” markalı minik maşınlarının toqquşması nəticəsində iki nəfər həlak olub.
Biləsuvar Yaşıllaşdırma idarəsinin müdiri Mübaşir və “Jiquli”nin sürücüsü Mustafa Əhmədov hadisə yerində dünyasını dəyişiblər.
Qəzada yaralanan Şorsulu kənd sakinləri; 1996-cı il təvəllüdlü Zeynalov Samid Eldəniz oğlu, 2009-cu il təvəllüdlü Quliyev Cəlal Ceyhun oğlu və şəxsiyyəti hələ məlum olmayan daha bir nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüblər.
Xəsarət alan Mahir Əzizovun komatoz vəziyyətdə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.