Salyanın baş memarına cinayət işi açılıb

Salyanın baş memarı, İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri barəsində cinayət işi başlanılıb.

Hüseynov Teyyub Safalı oğlu bir sıra qanun pozuntularında ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Onun barəsində aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. (APA)

Məhkəmənin hazırlıq iclası noyabrın 23-nə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Jurnalistlər Binası”nı tikən şirkət direktoru oxuyub-yazmaq bilmədiyini deyib –

Sonrakı məqalə

Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib