Salyanın icra başçısı vəzifədən azad edildi –Yeni başçı təyin olundu /SƏRƏNCAM

Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Rüstəm Xəlilov 1958-ci ildə anadan olub.

2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Milli Məclisin Regional Məsələlər Komitəsi yanında yaradılan İşçi qrupunun rəhbəri kimi çoxsaylı təkliflərin müəllifidir.

Rüstəm Gülabba oğlu Xəlilov Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.