Şamaxıda 20 yaşlı hamilə qadın intihar edib

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Qaleybuğurt kəndində qeydə alınıb. Ağdam rayonundan olan və həmin kəndə gəlin köçən 2001-ci il təvəllüdlü Quliyeva Səkinə Sədrəddin qızı yaşadığı evin həyətində yardımçı tikilidə özünü kəndirlə asaraq intihar edib. On bir aylıq körpə uşağı olan və 4 aylıq hamilə olan Səkinə Quliyeva təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılsa da, həkimlər qadını xilas edə bilməyiblər.

İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Müharibədə əhaliyə dəymiş ziyanın ödənilməsi üçün 5 milyon ayrıldı –

Sonrakı məqalə

Vüqar Səfərlinin məhkəməsi başlanır