Şamaxıda 3,2 bal gücündə zəlzələ olub

02 Avqust 2020 - 01:57

Ötən gün yerli vaxtla saat 23:54-də Qobustan stansiyasindan 23 km qərbdə – Şamaxı ərazisində 3,2 maqnitudada zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.  Yeraltı təkanlar hiss olunmayıb.