Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub

16 Fevral 2020 - 18:08

Bu gün Şamaxıda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 16:32-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı rayonunda 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.