MSK 18 fevralda 29 saylı Səbail seçki Dairəsi ilə bağlı şikayətə baxacaq  

MSK 29 saylı Səbail seçki dairəsi ilə bağlı deputatlığa namizədlərin şikayətinə fevralın 18-də baxacaq.

Azpost.info bildirir ki, bu barədə həmin  dairədən deputatlığa namizəd olan Bəxtiyar Hacıyev bildirib. MSK-dan ona bildirilib ki, ekspertlər təqdim etdiyi pozuntularla bağlı şikayətə sabah baxacaqlarını deyiblər.

B.Hacıyevin sözlərinə görə, 29 saylı Səbail seçki dairəsinin 9 deputatlığa namizədi elan olunmuş nəticələrdən şikayətçidir.

MSK həmin dairədən Nigar Arpadarainin qələbəsini tanıyıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakı Polisi MSK-nın qarşısındakı aksiya ilə bağlı açıqlama yaydı:

Sonrakı məqalə

Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub