Şamaxıya qar yağıb-Yollar buz bağlayacaq

Bu gün Şamaxı rayonuna qar yağıb.

Rayon mərkəzinə 3-5 sm, dağlıq ərazilərə isə 10-15 sm hündüryündə qar düşüb.

Ən çox qar rayonun Qızmeydan, Talışnuru, Ərçiman, Pirbəhli, Sis və Dəmirçi kəndlərinə düşüb. Kənd sakinlərinin sözlərinə görə, qar əkin sahəsinə müsbət təsir edəcək. Yağan qar məhsuldarlıqla yanaşı, taxıl sahələrində yuva quran zərərvercilərin kütləvi qırılmasına səbəb olacaq.

Səhər saatlarından Şamaxı-Pirqulu avtomobil yolunda qarın təmizlənməsi işlərinə start verilib. Texinikalar vasitəsi ilə yol təmizlənib. Yola qum-duz qarışığı tökülüb.

Hazırda magistral və kənd yollarında hərəkət normaldır.

Şamaxı ərzisində gecə saatlarında şaxta və dumanlı hava olacaq, yollar buz bağlayacaq, bu səbəbdən yola çıxan sürücülərin ehtiyatlı olmaları tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Minsk Qrupuna keçmişi unutmağı məsləhət gördü:

Sonrakı məqalə

“Baş verənlər Rusiyanın politoloji mühitində vicdansız şəkildə şərh edilir” –