Sami Yusuf Azərbaycana dəstək verdi:

"Qarabağ Azərbaycandır”
29 Sentyabr 2020 - 10:06

Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib.

“Report” xəbər  verir ki, sənətçi bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“Düşüncələrim və dualarım Azərbaycanladır”, – S.Yusuf paylaşımda qeyd edib.

O, bu paylaşımına “Qarabağ Azərbaycandır” həştəqini  əlavə edib.