“Sammit uğurlu alınmasa, tez bir zamanda Vaşinqtona qayıdacağam” –TRAMP

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçiriləcək danışıqlarının “çox yaxşı” keçəcəyinə əmindir.

Bu barədə Amerika lideri “Fox News” telekanalına müsahibəsində deyib.

“Prezident Putinlə görüşmək üçün Alyaskaya gedirik. Düşünürəm ki, bu, çox yaxşı nəticələnəcək”, – Tramp deyib.

Eyni zamanda, o qeyd edib ki, indiki Rusiya-Amerika sammiti uğurlu alınmasa, tez bir zamanda Vaşinqtona qayıdacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.