“Samsung”un keçmiş rəhbəri şirkət məlumatlarını oğurlayıb– Çində öz mikroçip fabrikini qurmaq üçün

Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin keçmiş vitse-prezidenti Çində öz çip istehsalı zavodunu qurmaq üçün şirkətin texnologiyasını oğurlamaqda və milli iqtisadi təhlükəsizliyi təhlükə altına almaqda şübhəli bilinir.

Azpost.info info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşrin məlumatına görə, keçmiş vitse-prezident “Samsung”un Çinin Sian şəhərindəki çip istehsalı zavodundan cəmi 1,5 kilometr aralıda rəqib fabriki tikmək üçün şirkətin məlumatlarını oğurlayıb. Prokurorluq bildirir ki, bununla o,  “Samsung”a ən azı 233 milyon dollar ziyan vurub.

“Bu, çip istehsalında rəqabətin gücləndiyi bir vaxtda yerli çip sənayesinin əsaslarını sarsıtmaqla iqtisadi təhlükəsizliyimizə böyük zərbə vura biləcək ağır cinayətdir”, – prokurorluqdan bildiriblər.

Rəsmilər tərəfindən adı açıqlanmayan şəxsin Cənubi Koreyada çip istehsal edən müəssisələrdə 28 il işlədiyi məlum olub. O, bütün ittihamları rədd edib. “Samsung Electronics” məsələni hələ şərh etməyib.

Azpost.info

Əvvəlki məqalə

Sumqayıtda Etilen Zavodunda yanğınla mübarizə davam edir –

Sonrakı məqalə

Sabah hava necə olacaq?