Sankt-Peterburqdakı Baş konsulluqda 839 seçici səs verib

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunda yerli vaxtla saat 17:00-a olan məlumata görə 839 seçici səs verib.

Bu barədə konsulluqdan məlumat daxil olub.

Baş konsulluqdakı seçki məntəqəsinin seçici siyahısında 1030 nəfər seçici qeydə alınıb.

Səsvermənin gedişi prosesində MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri məntəqəyə gəliblər.

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun eksperti Satnisalv Tkaçenko bildirib ki, MDB PA-nın müşahidəçiləri həm səsvermənin gedişini, həm də səslərin hesablanması prosesini müşahidə edəcəklər.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar Rusiyada 4 seçki məntəqəsi yaradılıb. Sankt-Peterburqdakı Baş konsulluğumuzda 19 saylı Nərimanov birinci seçki dairəsinin 44 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.