Paşinyan Brüsseldə Aİ Şurasının rəhbəri ilə görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

Azpost.info xəbər verir ki, Paşinyan bu barədə öz “Facebook” səhifəsində yazıb. Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasında üçtərəfli görüş də planlaşdırılır. Tərəflər söhbət zamanı bu görüşə toxunaraq dialoqun davam etdirilməsinə önəm verdiklərini deyiblər. Bugünkü danışıqların sabitliyə və problemlərin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını da bildiriblər. Paşinyan və Şarl Mişel ötən il dekabrın 14-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparıblar. Paşinyan ümid etdiyini bildirib ki, Azərbaycan prezidenti ilə bu görüş zamanı İrəvanla Bakı arasında sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı bütün məsələlər razılaşdırılacaq.

Əvvəlki məqalə

“Müharibə başlayandan Rusiyaya 35 milyard avro vermişik” –

Sonrakı məqalə

Norveç Rusiyanın üç diplomatını “persona non qrata” elan edib